ABŞ Meksika ilə sərhədi həmişəlik bağlaya bilər

26/11/2018 - 19:14 22 645 0   0  

ABŞ prezidenti Donald Tramp vacib olacağı təqdirdə Birləşmiş Ştatların Meksika ilə sərhədi həmişəlik bağlaya biləcəyini deyib.

TASS xəbər verir ki, ABŞ prezidenti, həmçinin Latın Amerikası ölkələrini vətəndaşlarının Birləşmiş Ştatlara qanunsuz mühacirəti ilə bağlı fəaliyyətsizlikdə ittiham edib.

“Meksika əksəriyyəti cinayətkarlardan ibarət olan mühacirləri öz ölkələrinə geri qaytarmalıdır. Bunu təyyarə, avtobus və istənilən vasitələrlə edin, onlar ABŞ ərazisinə daxil olmayacaq. Lazım gələrsə, sərhədi müddətsiz bağlayacağıq. Konqres səddin tikintisini maliyyələşdir”, - Donald Tramp özünün “Twitter” səhifəsində belə yazıb.

Noyabrın 25-də amerikalı sərhədçilər Meksika ilə sərhəddəki San-Dieqo şəhəri yaxınlığında yerləşən və əsas mühacir axınının keçdiyi “San-İsidro” buraxılış məntəqəsini müvəqqəti olaraq bağlayıb. Hazırda Meksikanın Aşağı Kaliforniya ştatında Birləşmiş Ştatlarla sərhəddə ABŞ-a keçməyə çalışan minlərlə qaçqın cəmlənib.