Arif İbrahimov Ermənistana keçib - Ermənistan Müdafiə Nazirliyi

16/03/2019 - 15:06 10 618 0   0  

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədini keçmiş Azərbaycan vətəndaşının saxlanılması barədə məlumat yayıb.
Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın sözlərinə görə, hadisə gecə saat 01:30-da baş verib.
Erməni hərbçiləri Azərbaycan tərəfdən yaxınlaşan adama atəş açıblar. Məlumata əsasən, o, ayağından yaralanıb və hospitala yerləşdirilib.
Ermənistan KİV-lərinin yaydığı informasiyaya görə, saxlanılan şəxsin üzərində Azərbaycanın Qazax rayonunun 1986-cı il təvəllüdlü sakini Arif İbrahimova aid sənədlər aşkarlanıb.