Türkiyə təyyarəsi burulğana düşdü - 30 yaralı

10/03/2019 - 18:15 14 362 0   0  

İstanbul-Nyu–York reysi ilə uçan sərnişin təyyarəsi ABŞ səmasında hava burulğanına düşüb.

Türk Hava Yollarına məxsus təyyarədə qorxulu anlar yaşanıb.

 

İdarəetmənin itməsi nəticəsində 30 sərnişin xəsarət alıb. Göyərtəsində 300 sərnişinin olduğu təyyarə eniş etdikdən sonra xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.