Ermənilər Kəlbəcərdən Cəbrayıladək avto-yürüş edəcək - “Bir qarış da torpaq verməyəcəyik!..”

04/03/2019 - 21:07 13 858 0   0  

Bəs cavabında biz hansı tutarlı aksiya təşkil edəcəyik?!..

Arşak Zakaryan: “Biz avtomobillərlə Zodda toplanacağıq...”

Ermənilərin "Azərbaycana bir qarış da torpaq verməyəcəyik" şüarı ilə ikinci aksiyası 2 aprel tarixində baş tutacaq.

Karabakhmedia.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya və Ukraynada nəşr olunan erməni saytları məlumat yayıb.

“Erməni milli qvardiyası” ictimai təşkilatının rəhbəri, kinorejissor Arşak Zakaryan jurnalistlərə açıqlamasında belə deyib: 

"Biz avtomobillərlə Zodda(Kəlbəcər-S.L.) toplanacağıq. Oradan bütün sərhəd boyu avto-yürüşə başlayacağıq. “Karvaçar”dan(Kəlbəcər-S.L.) "Djrakan"a(Cəbrayıl-S.L) qədər - üç gün ərzində...”

P.S. Bəs cavabında biz, Azərbaycan olaraq hansı tutarlı aksiya təşkil edəcəyik?..

__________________________________________________________