Səfər Mehdiyev hansı məmura ilişdi? - İDDİA

07/02/2019 - 17:05 2 932 0   0  

Az əvvəl məlumat yayıldı ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatları müsadirə edilib.

Komitədən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsi tərəfindən "City Farm" MMC-nin ünvanına 99LC081/99ZC081 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan 10 000 kq, 12 500 ABŞ dolları dəyərində "Yodex S Povidon" adlı dərman preparatları Bakı Baş Gömrük idarəsinin əməkdaşları tərəfindən normativ sənədlərə uyğun olmadığı üçün saxlanılıb.
Daha sonra gömrük əməkdaşının sayıqlığı və peşəkarlığı sayəsində məlum olub ki, Səhiyyə Nazirliyi "Analitik Ekspertiza Mərkəzi" MMC-nin verdiyi məktubu (sənədi) etibarnamə əsasında həmin şirkətin gömrük işlərini həyata keçirən Həsənov Pərviz Telman oğlu saxtalaşdırıb və yenidən Bakı Baş Gömrük İdarəsinə təqdim edib. Məktubun (sənədin) saxtalaşdırılması ilə bağlı toplanılan sənədlər DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilib.
Azərbaycan vətəndaşı P.Həsənova CM-nin 206.1- ci maddəsi ilə cinayət işi başlanıb və həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, adı çəkilən dərman preparatları Bakı Baş Gömrük İdarəsi tərəfindən ekoloji poliqonda məhv ediləcək. Faktla bağlı araşdırma aparılır. Bu da rəsmən yayılan məlumatlarda deyilir.
DİA.AZ-a bu faktla bağlı məlumat verən mötəbər mənbə bildirir ki, əslində Pərviz Həsənov ortada olan xırda dilerlərdən biridir və dünənə qədər rahatlıqla gömrük postlarını keçib. Mənbənin DİA.AZ-a söylədikləri:
"Sadəcə olaraq, sonuncu alış-verişdə tərəflər arasında anlaşma əldə olunmayıb və P.Həsənov onun biznesinə mane olmaq istəyən gömrük işçilərini aşağılayıcı ifadələrlə təhqir edib. Bundan sonra məsələ böyüyüb və Səfər Mehdiyevin qulağına çatıb".
Mənbə bildirir ki, bunun ardından Səfər Mehdiyev qəzəbli qərrarlar verib. Mənbənin dia.az-a söylədikləri:
"Amma vəziyyət heç də göründüyü kimi deyil. Hər halda Pərviz Həsənov özbaşına deyil və kimlərinsə malını keçirir. Bu, artıq savaş əmridir və DGK sədri fərqli ünvanlarla döyüşməli olçacaq".