Fransadan növbəti xain qərar – 24 apreli “erməni soyqırımını” anma günü elan edir

06/02/2019 - 12:49 2 734 0   0  

Fransa Prezidenti Emmanuel Makron 24 apreli tarixini “Erməni soyqrımını anma günü” elan edib. Bununla da 2001-ci ildən “erməni soyqrımını” tanıyan Fransada aprelin 24-nü saxta genosidin anım günü kimi qeyd olunacaq. Bu barədə prezident Makron Tvitter hesabında bildirib.
“Fransa tarixlə üzləşir. Gələcək bir neçə həftə içində söz verdiyim kimi, 24 aprel tarixini “erməni soyqrımını” anma günü elan edirik”, – Makron Tvitterdə yazıb.
Qeyd edilir ki, bu açıqlamasından bir gün əvvəl Prezident Makron Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının toplantısında çıxış edərkən, 1915-ci il hadisələrini “Osmanlı İmperiyasında yaşayan ermənilərin amansızcasına oldürülməsi” kimi qiymələndirib.
Makron bu addımına Türkiyənin hansı reaksiya verəcəyi hələlikməlum deyil.
Xatırladaq ki, Emmanuel Makron 2017-ci il prezident seçkiləri kampaniyası zamanı 24 aprel tarixini saxta erməni soyqrımı günü elan edəcəyi haqda vəd vermişdi.
Bu fakt biz  türklərə qarşı açıq düşmənçilik siyasəti yürüdən Fransanın Dağlığ Qarabağ probleminin həlli məsələsində obyektiv mövqe tutmasının mümkün olmadığını bir daha göstərir. Ona görə də rəsmi Bakının Fransanın Minsk Qrupundakı həmsədrliyinə son verilməsi məsələsini qaldırmasının vaxtıdır.