Tovuz sakini özünü bıçaqladı

30/10/2018 - 23:03 13 048 0   0  

Suveren.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Rəhimov Tahir Məhəmmədəli oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Araşdırmalar zamanı T.Rəhimovun əsəbiləşərək özünü bıçaqladığı məlum olub.

Faktla bağlı araşdırmalar davam edir.