Zurabişvilidən müxalifətə: Onlar məni yaxşı tanımırlar...

30/10/2018 - 22:58 14 131 0   0  

Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili ikinci tur seçkilərində iştirak etməyəcəyi ilə bağlı yayılan məlumatları əsassız adlandırıb.

Suveren.az RİA-ya istinadən xəbər verir ki, xanım namizəd 28 oktyabrda baş verənləri hamının qələbəsi sayıb.

“Bizi dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Birinci turda ilk yerdəyik. “Rustavi 2” iddia edir ki, mən namizədliyimi geri çəkmişəm. Görünür, məni yaxşı tanımırlar. Mən inadkaram, sonacan gedirəm. Mən mübarizəyə hazıram, çünki sizə inanıram. Mən sizin seçiminizə inanıram”, - deyə xanım namizəd bildirib.

Qeyd edək ki, bazar günü Gürcüstanda prezident seçkisi baş tutub. Seçkidə hökumətin dəstəklədiyi Salome Zurabişvili və müxalifətin təmsilçisi Qriqol Vaşadze təqribən eyni nəticə göstəriblər. Namizədlərin heç biri 50+1 faiz toplamadığından, ikinci tur keçiriləcək.