Gəncədə soyğunçuluqla məşğul olan dəstə saxlanılıb

04/02/2019 - 19:13 16 453 0   0  

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, 7yanvarın 27-də ayrı-ayrı vaxtlarda Gəncə şəhər sakinləri G. Həsənova və T. Bayramovanın əl çantalarını zor tətbiq etməklə açıq yolla talayaraq onlara qarşı soyğunçuluq edilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinə (GŞBPİ) məlumat daxil olub.

GŞBPİ əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinlər Emin Həmzəyev, 27 yaşlı Amil Mustafayev və əvvəllər məhkum olunmuşlar-30 yaşlı Ruslan Qasımov, 21 yaşlı Elçin Həmzəyev şübhəli şəxs qismində saxlanılıblar.

İlkin dindirmə zamanı onlar törətdikləri cinayət əməllərini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.