Əbülfəz Məlikova qarşı rəsmi ittiham irəli sürülə bilər - Milyonların izi ilə...

04/02/2019 - 10:54 2 506 0   0  

“Trans Broker” MMC rəhbəri olmuş Əbülfəz Məlikovun durumu gərgindir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub və belə məlum olur ki, hazırda da gömrük sistemində xudmani monopoliya şəbəkəsini əlində saxlayan Əbülfəz Məlikova qarşı konkret hüquqi ittiham irəli sürülə bilər.

Mənbənin dia.az-a söylədikləri: "Onun fəaliyyəti və özbaşınalıqları, gömrükdə dilənçilik, rüşvət bazarı açması və generalların ona bu şəraiti yaratması faktdır. Bu gün də Səfər Mehdiyev Əbülfəz Məlikovla yaxınlığının bəlasını çəkir ki, elə onun da güdazına gedə bilər".
Redaksiyamıza daxil olan məlumatlara görə, artıq Əbülfəz Məlikovun maliyyə fəaliyyəti dövlətin müvafiq qurumları tərəfindən yetərincə araşdırıldığından barəsində hüquqi qiymətin verilməsi gözlənilir.
Mənbəyə görə, Əbülfəz Məlikovun maliyyə işləri 3 dövlət qurumu tərəfindən qiymətləndirilib: "Bunlardan biri Maliyyə Nazirliyi, digəri isə Hesablama Palatasıdır. 3-cü dövlət qurmu isə məxfi araşdırma aparıb".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq...