Rusiyadan ABŞ-a Venesuela xəbərdarlığı: - Hərbi müdaxilə olacaqsa...

29/01/2019 - 17:35 2 173 0   0  

Venesueladakı vəziyyətə hərbi müdaxilə son dərəcə mənfi nəticələrə səbəb olacaq.
SalamNews "RT"ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
O, Ağ Evin Venesuela böhranı barədə bəyanatlarına münasibət bildirib.
"Əgər ABŞ-ın hərbi müdaxiləsi olarsa Rusiya Venesuelaya hərbi yardım göstərəcəkmi" sualına Peskov belə cavab verib: "Bəzi əsaslandırıcı fikirlər burada qəbul edilə bilməz: bu çox həssas bir məsələdir".