9 bələdiyyə ilə bağlı məhkəmədə iddia qaldırılıb

25/01/2019 - 15:54 11 773 0   0  

Təklifləri icra etmədiyi üçün 9 bələdiyyə ilə bağlı məhkəmədə iddia qaldırılıb. Bu iddialardan 4-ü baxılaraq təmin edilib, 5 iş isə məhkəmələrin icraatındadır.

Suveren.az Trend-ə istinadən xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycanda bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb:
"Ötən il bələdiyyə aktlarının 2200-dən çoxunun ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı təkliflər verilib. Bələdiyyələr bu təklifləri qəbul edib, aktlarda düzəlişlər ediblər".
V.Zahirov bildirib ki, qanunvericiliyə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsi ilə üçün müəyyən dəyişiklik olunub.