Rusiyanın “Gazprom” şirkəti Azərbaycanda nümayəndəlik açıb

23/01/2019 - 16:58 2 188 0   0  

Rusiyanın “Gazprom” İctimai Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında nümayəndəliyi dövlət qeydiyyatına alınıb.

“Report” “Vergilər” qəzetinə istinadən xəbər verir ki, ötən ilin dekabrın 18-də dövlət qeydiyyatına alınan nümayəndəliyin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Rəsul Rza ev.75-də yerləşir.

Nümayəndəliyin qanuni təmsilçisi Rusiya Federasiyası vətəndaşı Maksut Anderjanovdur.