Tunisdə qadın güclü partlayış törətdi: yaralılar var

29/10/2018 - 20:39 19 195 0   0  

Oktyabrın 29-da Tunis paytaxtının mərkəzindəki Həbib Burgib küçəsində güclü partlayış baş verib.

Suveren.az xəbər verir ki, terrorçu-kamikadze partlayıcı qurğunu Daxili İşlər Nazirliyinin yerləşdiyi binanın yaxınlığında işə salıb. Hədəf oradakı polis əməkdaşları olub.

İnsident nəticəsində 9 nəfərin xəsarət aldığı bildirilir. Polis hadisənin baş verdiyi ərazini əhatəyə alıb, təhqiqat aparılır. Şahidlərin sözlərinə görə, partlayışı qadın törədib.