Bakıda məktəbli qız qaçırıldı

29/10/2018 - 20:06 11 980 0   0  

Bakıda orta məktəb şagirdi qaçırılıb.

Suveren.az xəbər verir ki, bu barədə “Sputnik-Azərbaycan”a Qaradağ rayonunun Polis İdarəsindən məlumat veriblər.

Bildirilir ki, hadisə oktyabrın 28-də saat 18.00-da Sahil qəsəbəsində baş verib.

Qaçırılan qızın - 2003-cü il təvəllüdlü Mikayılova Xatun Kamran qızının anası, 1980-ci il təvəllüdlü Samirə Əliyeva Qaradağ rayonunun 38-ci Polis bölməsinə müraciət edərək bildirib ki, qızı ailə qurmaq məqsədilə qaçırılıb. Onun sözlərinə görə, bunu qəsəbə sakini, 1998-ci il təvəllüdlü Teymur İsgəndərov edib.

Hazırda polis qaçırılan qızın və onu qaçıran oğlanın axtarışını davam etdirir.