Bayılda işıq dirəyi yük maşınının üstünə aşdı

17/01/2019 - 21:59 2 563 0   0  

Bakıda güclü külək daha bir fəsada səbəb olub.

Hadisə bir neçə saat əvvəl Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.

İşıq dirəyi aşaraq hərəkətdə olan yük maşının üzərinə düşüb. Maşının yük yeri hissəsi sınaraq sıradan çıxıb, idarəetməni itirən maşın solundakı avtomobilə çırpılıb.(qafqazinfo)