Manatla bağlı proqnoz: “Kəskin devalvasiya fonu...” - TƏHLİL

17/01/2019 - 12:34 2 170 0   0  

Hazırda dünya maliyyə bazarlarında dolların məzənnəsi möhkəmlənir.Dünya maliyyə bazarlarında bu həftə İngiltərə parlamentindən Brexit səsverməsi və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz qərarının güclü volatilliyiə səbəb olacağı gözlənilir.Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir.Təhlillərə əsasən, EUR/USD məzənnəsi də 1.14 dollara ticarət edilir və bu səviyyənin üzərində qaldıqca, 1.15 dollara kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

GBP/USD məzənnəsi də bahalaşmaqdadır.1.28 dollara təklif edilən funt sterlinqin dünya birjalarında qiyməti, bu səviyyənin üzərində qaldıqca, 1.30 dollara kimi bahalaşa bilər.Türkiyə maliyyə bazarlarında isə dolların bahalaşması müşahidə edilməkdədir.5.48TL-yə ticarət edilən USD/TRY məzənnəsi, 5.51TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.63TL-yə kimi də bahalaşa bilər.Türkiyə Mərkəzi Bankının (TCMB) çərşənbə günü açıqlayacağı faiz qərarı da investorlar tərəfindən böyük maraqla gözlənilir.Avropanın “Brent” markalı neftinin qiyməti 63 dollara kimi bahalaşdıqdan sonra korreksiyaya başlayıb.Lakin qiymət yenidən 61 dollar yuxarı istiqamətdə qırarsa, 64 dollara kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.
ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin yüksək qalmasına səbəb olur.Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1298 dollar (41.7 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1326 dollara (42.6 $/qram) kimi də dəyər qazana bilər.Məlumdur ki, dollar bahalaşdığı zaman qonşu ölkələrin milli valyutası dəyər itirir.Bu da, birmənalı olaraq, manata təzyiqi artırır.Digər tərəfdən, dollar bahalaşanda neftin qiyməti ucuzlaşır.Çünki dollar-neft münasibətlərinə daima tərs mütənasiblik olur.Daha baha dollar daha ucuz neft deməkdir.Neftin ucuzlaşması da təbii olaraq manata təsir edəcək.

Bu il manatın məzənnəsinin dəyişməsini gözləmək olarmı?
İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, dolların məzənnəsinin güclənməsi neftin ucuzlaşması deməkdir” fikri mübahisəlidir: 
“Konkret zaman kəsiyində dolların bahalaşması ilə neftin ucuzlaşması bir vaxta düşür. Bu da bir ənənə kimi belə qəbul olunub ki, dollar bahalaşırsa, neft ucuzlaşmalıdır.Amma məsələyə institusional səviyyədə yanaşanda bunun belə olmadığı ortaya çıxır.Elə zaman yaranar ki, proseslər əksinə də olar.Yəni, dollar möhkəmləndiyi anda neft də bahalaşa bilər.Hesab edirəm ki, yaxında buna şahid olacağıq”. 
Manatın məzənnəsinin dəyişməsinə gəlincə, analitik deyib ki, bazar iqtisadiyyatı dövründə məzənnə azad buraxılmalıdır: 
“Əgər ABŞ dolları dünya maliyyə birjalarında digər dönərli valyutalara qarşı möhkəmlənirsə, baxmayaraq ki, dönərli valyuta hesab olunmur, amma manat da aidiyyəti üzrə reaksiya verməlidir. Hazırda həm türk lirəsi, həm də rus rublu buna reaksiya verir.Bu da o deməkdir ki, hər iki ölkədə Mərkəzi Bank sağlam şəkildə üzən məzənnə siyasətinə riayət edir.Azərbaycanda manat hələlik reaksiya vermir.Bu isə, o deməkdir ki, mərkəzləşdirilmiş şəkildə idarəetməylə manatın məzənnəsini saxlaya bilirik.Əslində dinamik saxlamağın digər səbəbi də var. Hazırda Azərbaycanda makroiqtisadi səviyyədə tarazlıq bərqərar olunub.Bir çox göstəricilərdə dinamika yaranıb”.
Fuad İbrahimovun sözlərinə görə, Azərbaycanın hazırkı idxal və ixrac əməliyyatları arasında kəskin balans yaranmır: 
“Mənfi saldo olmadığı üçün təzyiq də yüksək deyil. Hesab edirəm ki, hazırda manatın məzənnəsinə olan təzyiq haqqında danışmaq tezdir.2015-ci ildə ardıcıl iki devalvasiya ilə üzləşəndən sonra Azərbaycan iqtisadiyyatı adaptasiya dövrünü keçdi.Bu, iqtisadiyyatda çox mühüm məsələdir.Bu baxımdan manat məzənnə siyasətində adaptasiya dövrünü keçdiyi üçün, eyni zamanda bank sektoru kütləvi formada dollarla kredit vermədiyi üçün nə qlobal kataklizm gözlənilir, nə də manatın məzənnəsinin kəskin şəkildə ucuzlaşması.Manatın məzənnəsinin oynamasında 0.3-0.5 AZN aralığında dəhliz yarana bilər.Amma hazırda kəskin devalvasiya fonu yoxdur”.