Basketbol millimizdə növbəti QALMAQAL

14/01/2019 - 19:36 18 640 0   0  

Azərbaycanın basketbol üzrə 20 yaşadək millisinin baş məşqçisi Tahir Baxşıyev istefa verib.

Bu barədə T.Baxşıyevin özü məlumat verib.

O bildirib ki, Azərbaycan çempionatının iştirakçısı olan NTD komandasının baş məşqçisi olaraq klubların ölkə çempionatını boykot etmələrini tam dəstəkləyir:

“Çünki federasiyada işlər qaydasında getmir. Basketbol tənəzzüldədir. Bu üzdən mən də millidəki postumdan istefa vermək üçün bugünkü iclasa qatıldım və ərizəmi yazdım”.