Rusiyada güclü daşqın: 6 ölü

28/10/2018 - 23:30 1 339 0   0  

Rusiyanın Krasnodar vilayətinin Kuban regionunda güclü yağışlar daşqına səbəb olub.

Suveren.az tass.ru-ya istinadən xəbər verir ki, nəticədə 6 nəfər həlak olub, 2 nəfər itkin düşüb, təxminən 145 nəfər isə xəsarət alıb.

Xəsarət alanlardan 12-nin xəstəxanaya yerləşdirildiyi bildirilir.