57 yaşlı kişi özünü güllələdi

05/01/2019 - 21:43 12 466 0   0  

Lənkəranda intihar hadisəsi baş verib.

1962-ci il təvəllüdlü Həbibov Nazir Məmmədrza oğlu yaşadığı evdə ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Məlumata görə, N.Həbibov uzun müddətdir əsəb xəstəliyindən əziyyət çəkirmiş və bununla bağlı xəstəxanada qeydiyyatda olub. Prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər.

Faktla bağlı Lənkəran Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.