Fətullah Gülənin saxlanılmış tərəfdarı həbs edildi

04/01/2019 - 21:29 8 674 1   0  

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları tərəfindən Azərbaycandan Türkiyəyə aparılmış Fətullah Gülənin terror təşkilatının tərəfdarı Mehmet Gelen həbs edilib.

Suveren.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, MİT əməkdaşları Geleni Ankara polisinə təhvil verib. Türkiyə DİN Terrorçuluqla Mübarizə Bürosunda hüquqi prosedurlardan sonra Gelen Ankara prokurorluğuna çatdırılıb. Dindirilmədən sonra məhkəmə Gelenin həbs edilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, Gelen Fətullah Gülən tərəfdarlarının Azərbaycanda açdıqları məktəblərdən birində müəllim işləyib. Onun saxlanılması üzrə əməliyyat Gelenin saxta pasportla Azərbaycanı tərk edərək Belarusa yollanmaq cəhdindən sonra başlayıb. Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları onu Bakıya geri göndəriblər, burada isə Gelen MİT əməkdaşları tərəfindən yaxalanıb.