"Azərbaycan dünyanın enerji xəritəsini dəyişib" - Əli Həsənov

02/01/2019 - 20:56 12 115 0   0  

Müstəqil Azərbaycan dövləti, məncə, bütün tarixinin ən maraqlı və məsuliyyətli illərindən birini yola salır. Əlbəttə, Azərbaycan dövləti Dünyanın, Avropanın, regionun taleyinə göstərdiyi təsirə görə bu ili zaman rəfinin ən yuxarı başında bir yerə qoya bilər.

Elə təkcə Xəzərin hüquqi statusunun müəyyənləşməsi və ya ən azı TANAP layihəsini xatırlamaq kifayətdir. Bir qədər sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla 2018-ci ilin bütün həlledici hadisələri ətrafında ətraflı bir söhbətimiz olacaq. Necə deyərlər, bir geriyə anons edəcəyik. Amma istərdim ki, dövlət-vətəndaş münasibətlərində bu il ilk dəfə müşahidə etdiyim bəzi psixoloji yeniliklərlə bağlı danışım.

Məsələ burasındadır ki, 2015-ci ildən sonra Azərbaycanda dəyər-məzənnə, qədir-qiymət kimi məsələlərdə keçid dövrü başlanmışdı və burda söhbət heç də təkcə devalvasiyadan sonra milli valyutamız ətrafında yaranmış vəziyyətdən getmir. Yeni vəziyyət bir sıra mənəvi, bəzən hətta milli dəyərlərə də yeni baxışı tələb edirdi. 2016-2017-ci illərdə məruz qaldığı yeni sosial şərait və şərtlər Azərbaycan adamının mahiyyətindəki sosiallığı, istehlakçılığı onun dibindən üzünə çıxardı. Vətəndaşlıq kimi dövləti mükəlləfiyyət insanımızın düşüncə tərzində bir qədər deformasiyaya uğradı.

Doğrudur, 2016-cı ilin aprel ayında Azərbaycanın cəbhədə qazandığı möhtəşəm nəticə xalqın qalib damarını oyatdı. Şəhidlərimizin yaxınları bütün ölkəni böyük bir bayraq

meydanına çevirdilər. Amma etiraf edək ki, ictimai fonda manat-dollar giley-güzarı hələ uzun müddət qalmaqda davam etdi. Necə deyərlər, Aprel qələbəsi bala dərdini nə qədər unutdursa da, qəbirüstünə aparmağa gül alanda manat yada düşürdü.

Vətən borcu və kredit borcu arasında nataraz bir polemika var idi. Ədalət, daha doğrusu ətalət naminə deyək ki, 2016 -2017-ci illər də belə keçdi. 2018-ci il isə tam fərqli oldu. Hətta virtual ağızlardan üfürülən alovlara, hakimiyyət rəsmilərinə edilən terrora, ölkəni zülmətə qərq edənlərə, ağ pambığa zəhərli bir qara yaxanlara baxmayaraq 2018-ci ili Azərbaycanda vətəndaş müvazinətinin, dövləti etimadın sürətlə bərpası ili oldu. Xüsusilə Yeni Prezident İlham Əliyevin çevik kadr dəyişiklikləri respublikanın ictimai-siyasi-sosial-mənəvi mahiyyətinin fundamental təzələnməsini təmin etdi. Köhnə və qaranlıq məmur obrazları yeni və şəffaf fiqurlarla dəyişdi. Zəhmli nazirlər ifadəsi demək olar ki, tam süquta uğradı. 2018-ci il nazirdən yox, qanundan qorxmaq təfəkkürünün cəmiyyətə tətbiqi ilə yadda qaldı. Neqativ fəaliyyət və əsassız tələblər zamanı 2018-ci ilin saatına düşmədi. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla hər şey barədə danışdıq.  //dia.az