Ermənistanda un bahalaşıb

02/01/2019 - 17:24 2 857 0   0  

Ermənistanda son günlər aparılan monitorinqlər nəticəsində unun bahalaşdığı məlum olub.

Trend xəbər verir ki, bu barədə Ermənistanın İqtisadi rəqabətin müdafiəsi üzrə Dövlət Komissiyası məlumat yayıb.

Belə ki, ötən ayla müqayisədə yüksək keyfiyyətli unun 1 kq-nın topdansatış qiyməti 217 dramdan 226 drama qalxıb. Ümumilikdə şirkətlər tərəfindən qiymət artımı 50 kq-lıq kisə ilə hesablamada 450 dram təşkil edib.

Hazırda Ermənistanın antiinhisar qurumu bahalaşmanın səbəbini araşdırır.

Qeyd edək ki, 1000 dram təqribən 2 ABŞ dolları təşkil edir.