“Musa Yaqub evindədir” - Yayılan xəbər yalandır

02/01/2019 - 13:58 2 674 0   0  

“Musa Yaqubun Bakıya qayıtması ilə bağlı yayılan məlumat yalandır”.

Bu barədə AzNews.az-a bədii qirayətçi Pünhan İsmayıllı məlumat verib.
O qeyd edib ki, Musa Yaqub hazırda İsmayıllı rayonun Buynuz kəndindədir:
“Musa müəllim evindədir, vəziyyəti də yaxşıdır. Xəstə, yaşlı adamdır. Övladları, nəvə nəticələri hamısı bayram günündə onunla olub. Hər şey əladır, gündə onunla bağlı yalan məlumat yayırlar. O günü də ölüm xəbərini yaymışdılar. Ayıbdır, bu məlumatları yayanda heç olmasa şairin yaxınlarını, doğmalarını düşünün”.
Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən şair Musa Yaqubun sonrakı görüntüləri yayılıb. “Qafqazinfo” şairin vəziyyəti ilə əlaqədar Bakıya gətirilməsi barədə xəbər yayıb.