Kanala düşən maşının sürücüsü boğularaq ölüb

01/01/2019 - 22:33 8 989 0   0  

Bu gün günorta saatlarında Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Saatlı rayonun Xanlarkənd kənd sakini 27 yaşlı Rövşən Elşad oğlu Həsənov özünə məxsus 90-ML-015 dövlət nömrə nişanlı VAZ-21015 markalı avtomaşını kənddən keçən Böyük arx suvarma kanalına aşırıb.

Hadisə nəticəsində suya düşən maşının içərisində qalan sürücü boğularaq ölüb. Onun 4 ay əvvəl toyu olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.