BƏŞƏR ƏSƏD DÖYÜŞÇÜ YIĞIR: “Hərbi qurumlara müraciət edənlər cəzalandırılmayacaq”

09/10/2018 - 23:49 18 703 1   0  

Suriya hökuməti ordu sıralarından qaçan fərarilər üçün əfv elan edib. Qərara əsasən, verilmiş vaxta qədər hərbi qurumlara müraciət edəcək şəxslər cəzalandırılmayacaqlar.

Suveren.az  xəbər verir ki, beynəlxalq insan haqları təşkilatları çoxlu sayda Suriya vətəndaşının məcburi şəkildə hərbi xidmətə göndərilməsinə görə öz ölkələrinə geri qayıtmaq istəmədiyini açıqlayıb.
 
Prezident Bəşər Əsəd verdiyi açıqlamada imzaladığı sərəncamın ən ağır hərbi cinayətlər törətməkdə təqsirli bilinən şəxslərə də şamil olunacağını bildirib.
 
Sərəncamdan Suriya daxilindəki şəxslər 4 ay, ölkə xaricindəki şəxslər isə 6 ay yararlana biləcəklər. Qərara əməl etməyənlər ağır cəzalara məhkum ediləcəklər.
 
“Röyter” agentliyi Əsədin qərarını orduda yaranmış canlı qüvvə çatışmazlığı ilə əlaqələndirib.
 
Mənbə iddia edir ki, canlı qüvvələrinin yarıdan çoxu məhv olmuş Əsəd ordusu döyüşçü çatışmazlığını aradan qaldırmaq üçün ölkə xaricinə qaçan suriyalılara ümid edir.
 
Qeyd edək ki, 5 milyon suriyalı ölkədən qaçıb. Qaçqın suriyalılar Türkiyə və bölgənin digər ölkələrinə sığınıblar.