Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlanıb - Real rəqəmlər isə tamam fərqlidir

28/12/2018 - 15:29 2 089 0   0  

Gürcüstan əhalisinin sayı bu ilin əvvəlində 3 729 600 nəfər təşkil edib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.
Sənədə əsasən, qonşu ölkə əhalisinin sayı illik müqayisədə 3 200 nəfər çoxalıb.
Gürcüstanda qadınların sayı 1 938 100, kişilərin sayı isə 1 791 600 nəfər təşkil edir. Əhalinin 58,3%-i şəhərlərdə, 41,7%-i isə kəndlərdə yaşayır. İllik müqayisədə şəhər əhalisi artıb, kənd əhalisi isə azalıb.
Hesabatda Gürcüstan əhalisinin etnik mənsubiyyətinə görə tərkibi ilə bağlı göstəricilər də yer alıb. 2014-cü ili əhatə edən göstəricilərə əsasən, qonşu ölkədə yaşayan azərbaycanlıların sayı 233 000 nəfərdir. Bu da Gürcüstan əhalisinin 6,3%-ni təşkil edir. 
Dia.az bildirir ki, realda Gürcüstanda 700 mindən artıq soydaşımız var...