Ələt-Astara yolunda zəncirvari qəza - Xəsarət alan var

21/12/2018 - 22:07 2 578 0   0  

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndindən keçən hissəsində zəncirvari qəza baş verib.

“VAZ-2106”, “OPEL” və “Mercedes-C” markalı minik avtomobillərinin sürücüləri yolda baş verən başqa qəzaya baxmaq üçün sürəti azaldıblar və nəticədə onların maşınları ard-arda bir-birinə çırpılıb. Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, Salyan rayonunun Kürsəngi kənd sakini, 63 yaşlı Həsrət Misir oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri aldığından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdırilib. Tibbi yardım göstərildikdən sonra Həsrət Ağayev, səhhəti qənaətbəxş olduğundan, ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org