Ərdoğanla Tramp telefon danışıqlarının detalları açıqlandı

15/12/2018 - 12:58 1 615 0   0  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub və telefon danışığı zamanı hər iki ölkənin lideri Suriyadakı təhlükəsizlik məsələləri müzakirə ediblər.

Avropa.info xəbər verir ki, Ağ Evin sözçüsü Sarah Sanders Türkiyə və ABŞ liderlərinin telefon danışığında Suriyada hər iki ölkənin təhlükəsizlik hədəfləri müzakirə olunduğunu deyib.

“Trampla Ərdoğan aarsında telefon danışığı olub. İki lider Türkiyə və ABŞ-ın Suriyadakı hökm sürən təhlükəsizlikdən əndişləndiklərini və terrora qarşı mübarizədə ikitərəfli münasibətlər müzakirə ediblər. Hər iki lider Suriyada təhlükəsizlik məsələlərində fəaliyyətlərini koordinasiya etmək məsələsi ətrafında da fikir mübadiləsi aparıblar”- Ağ Ev sözçüsü bildirib.

Türkiyə Prezident Sarayından verilən məlumatlara görə, Ərdoğan Trampa PKK/PYD/YPG terror təşkilatlarının varlığının və onların bölgənin sabitliyinə törətdiyi təhlükəsizliklərdən narahatlığını çatıdırıb. Bəzi mənbələrin verdiyi məlumata görə, telefon danışında Türkiyənin Suriyada Fərat çayının şərq sahilində planlaşdırdığı hərbi əməliyyatlar məsələsi də müzakirə edilib və Ərdoğan hərbi əməliyytalrla bağlı Ankaranın mövqeyini Trampın diqqətinə çatdırıb.