Məşhur “qanuni oğru” həbs olundu

25/10/2018 - 22:59 11 845 0   0  

“İnterpol” xətti ilə axtarışa verilən gürcü “qanuni oğru” Mindia Qoradze Türkiyədə saxlanılıb.

O, Trabzonda həbs olunub.

Mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskiyə yaxınlığı ilə bilinən “Lavasoğlu Batumskiy” ləqəbli kriminal avtoritet oğurluq və silahlı hücum təşkil etməkdə təqsirli bilinir.

Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi də 36 yaşlı “qanuni oğru” haqqında saxlanılma qərarı çıxarıb.