Azərbaycanlı üçün dar ağacından asılma qərarı – DƏHŞƏT

11/12/2018 - 21:37 13 000 0   0  

İranda narkotik maddələrin satışı və qaçaqmalçıq ittihamı ilə ölüm cəzasına məhkum edilmiş daha 1 məhbus edam olunub.

Suveren.az xəbər verir ki, edam Güney Azərbaycanın Urmiya şəhərində həyata keçirilib.

Məlumata görə, 2 il əvvəl həbs edilmiş Sulduz şəhər sakini Yunis Əzizi Urmiya həbsxanasında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə məlumat verilməyib. (teleqraf)