Reynaldo yenidən “Qarabağ”da...

10/12/2018 - 13:06 1 642 0   0  

“Qarabağ” qış transfer çalışmalarına başlayıb.

Qol.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu sabiq futbolçusu Reynaldo Silvanı heyətinə cəlb edir.

Braziliyalı hücumçu artıq Bakıya dəvət olunub. Burada onunla müqavilənin şərtləri razılaşdırılacaq və sözləşmə imzalanacaq. Baş məşqçi Qurban Qurbanov da futbolçunun keçidinə razılıq verib.

Əldə etdiyimiz digər məlumata görə, “Qarabağ” Reynaldo ilə hücumçu transferini yekunlaşıdırmaq niyyətində deyil. Klub bir mərkəz hücumçusu ilə də güclənmək istəyir. Xarici ölkə klublarından birində çıxış edən əcnəbi hücumçu ilə danışıqlar gedir. 

Qeyd edək ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. Fevraldan "Aktobe"də oynayan Reynaldonun Qazaxıstan təmsilçisi ilə müqaviləsinin müddəti bugünlərdə başa çatıb və o, hazırda azad agentdir.