Ölkəyə narkotik keçirərkən tutuldular

08/12/2018 - 21:45 1 648 0   0  

Narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Suveren.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı sürücü sükanının sağ tərəfindəki külqabıdan iki bükümdə, ümumi çəkisi 6 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.