Bolton: "ABŞ hesab edir ki, İran nüvə silahı hazırlamağı davam etdirir"

23/10/2018 - 12:07 19 318 0   0  

“ABŞ hesab edir ki, İran nüvə silahı hazırlamağı davam etdirir”.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton "Exo Moskvı" radiostansiyasına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməyə davam etməsinə səbəb Vaşinqtonun Tehranın nüvə silahı hazırlamağı davam etdirməsini düşünməsidir: "Bizim İrana qarşı etdiklərimiz onların nüvə silahı hazırlamağı davam etdirməsini düşündüyümüzdən irəli gəlir. Biz hesab etmirik ki, onlar strateji olaraq bundan imtina edib. Eyni sözlər beynəlxalq terrorizmədə aiddir".

Müşavir qeyd edib ki, buna görə ABŞ sanksiyaları Tehrana maksimum təzyiq göstərməlidir.(trend)