Gəncədə ata ilə oğlu itkin düşüb

05/12/2018 - 23:25 1 693 0   0  

Gəncədə ata və oğlu naməlum şəraitdə itkin düşüb.

Suveren.az “Trend”ə istinadən xəbər verir ki, hadisə şəhərin S.Kəsəmənli küçəsi, ev 53-də baş verib.

Həmin ünvanda yaşayan Kəsəmənli Əlifxan Bahadur oğlu və onun oğlu Kəsəmənli Elmar Əlifxan oğlu noyabrın 3-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Faktla bağlı araşdırmalara başlanıb.