İranda 18 deputat istefa verdi

05/12/2018 - 17:43 1 756 0   0  

İranda su təchizatı ilə bağlı layihələrin 2019-cu ilin büdcəsindən çıxarılmasına etiraz edən 18 deputat istefa verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın yarı rəsmi xəbər agentliyi olan “Tasnim” məlumat yayıb. İstefa verənlərin hamısı İsfəhandan olan millət vəkilləri olub. 
Yerli KİV-ə danışan isfəhanlı deputat Nasır Musevi Largani bildirib ki, prezident Həsən Ruhani su probleminin həlli ilə bağlı İsfəhan xalqına verdiyi vədi yerinə yetirməyib. 
Qeyd edək ki, İsfəhanın simvollarından olan Zayəndə çayı təxminən 10 ilə yaxındır ki, qurumaq təhlükəsi ilə üz-üzədir. Bölgədə yaranan quraqlıq səbəbindən əhali ciddi su problemi yaşayır və zamanla köç etməyə məcbur olur.