Bəşər Əsəd 9 naziri işdən çıxardı

26/11/2018 - 19:30 18 583 0   0  

Suriya prezidenti Bəşər Əsəd Nazirlər Kabinetinin tərkibində dəyişiklik edib.

Suveren.az “SANA” agentliyinə istinadən xəbər verir ki, suriyalı lider 9 naziri vəzifəsindən kənarlaşdırıb. Bunlar daxili işlər, turizm, təhsil, su resursları, daxili ticarət və istehlakçıların müdafiəsi, ali təhsil, inşaat, sənaye, texnologiyalar və yüksək əlaqələr nazirləridir. 

Daxili işlər naziri vəzifəsinə Məhəmməd Xaled Rahmon təyin olunub.