Xalq artistimiz məşhur türk serialında rol alıb...-FOTO/VİDEO

26/11/2018 - 13:24 3 058 0   0  

Türkiyənin ən reytinqli seriallarından biri olan “Savaşçı” bu həftə türk dünyasının tanınmış ifaçısı Azərini qonaq edib.

Bu barədə musavat.com Türkiyə mediasına istinadən xəbər verir.

Belə ki, filmdə Türk dünyası birliyinin əsgərləri üçün təşkil olunan gecədə Azərbaycanın xalq artisti Azərin səhnəyə çıxaraq “Çırpınırdın, Qara dəniz” mahnısı ifa edib.

Картинки по запросу Savasci konuk "Azerin"

Türkiyə mediasına bu barədə açıqlama verən Azərin bu layihədə yer almaqdan qürur duyduğunu söyləyib.

“Bir millət - iki dövlət” ifadəsiylə Azərbaycan-Türkiyə dostluğunu dilə gətirən sənətkar “Savaşçı” serialının rəhbərliyinə də dərin minnətdarlığını bildirib.