Zamirə Hacıyevanın zəngin kriminal dosyesi

26/11/2018 - 10:53 2 092 0   0  

Cahangir Hacıyevin xanımının adı “Qara Kəmər”, “Beynəlxalq bank” və “MTN işi”nə necə qarışıb?

Beynəlxalq Bankın həbsdəki sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva girov müqabilində azadlığa buraxıldıqdan sonra hazırda London polisinin nəzarəti altındadır. Britaniya mediasının da “ulduzu”na çevrilən bu qadının adı zaman-zaman qalmaqallarda, cinayət dosyelərində çəkilib.

Öncə qeyd edək ki, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı olan 55 yaşlı Z.Hacıyeva Britaniyada İzahedilməyən Sərvət Sərəncamı (UWO) çərçivəsində aparılan araşdırmalara cəlb olunub. O, 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 21 milyon dollar xərcləməklə Britaniya hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Britaniyada məhkəmə ondan bu qədər pulu haradan aldığını açıqlamasını tələb edib. Xanım Hacıyeva saxlanılıb və sonradan yarım milyon dollar qarşılığında ev dustaqlığına buraxılıb. Bundan əlavə məhkəmə işlərindən məlum olub ki, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - “Mill Ride Golf Club”u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. Rəsmi məlumatlar cütlüyün “Harrods”ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550 jet” təyyarəsini aldığını da ortaya çıxarıb. Böyük Britaniya tarixində ilk “İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtlərinə əsasən, Z.Hacıyeva, əri Cahangir Hacıyev ilə birgə Milli Cinayət Agentliyinə hesabat verməlidir ki, Londonun bahalı Knightsbridge bölgəsində böyük bir evi hansı maliyyə hesabına alıblar.

Zamirə hacıyeva hacı məmmədov ile ilgili görsel sonucu

Britaniyada bu araşdırmalardan 1 il əvvəl, 2017-ci ildə Azərbaycanının hüquq mühafizə orqanları Z.Hacıyeva barəsində həbsli axtarış elan ediblər. “Beynəlxalq bank işi” çərçivəsində aparılan araşdırmalarla istintaqçılar belə bir qərarın verilməsi üçün məhkəməyə üz tutublar.  İttihama görə, Z.Hacıyeva Beynəlxalq Bankın xəzinəsindən qanunsuz olaraq özünün pul kartı vasitəsilə 2009-cu ildən bu yana 18 milyon manatdan artıq pul xərcləyib.

Azərbaycan hüquq mühafizə orqanlarının axtardığı Z.Hacıyeva sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. “MTN işi” ilə bağlı da onun adı mətbuatın gündəmində olub. Z.Hacıyeva Beynəlxalq Bankın sıradan müştərilərindən biri olsaydı, barəsində cinayət işinin başlanması haqda xəbərlər ötən illərdə mətbuat səhifələrinə çıxmazdı...

Ä°lgili resim

Xanım Hacıyevanın adı ilk dəfə mətbuatın gündəminə 2005-ci ilin fevral-mart aylarında “ayaq” açıb. Həmin vaxt Z.Hacıyeva Bakıda fəaliyyətdə olan adam oğurlayan dəstə tərəfindən oğurlanmışdı. 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyi (2016-cı ildə ləğv edilib) Bakının Keşlə qəsəbəsində “Qara kəmər” adlı əməliyyat keçirdi və bankirin həyat yoldaşını girovluqdan azad etdi. Əməliyyat illərlə bağlı qalan sifarişli qətllərin, adam oğurluqlarının bir qisminin də üzərinə işıq saldı.  Bundan sonrakı 10 il ərzində  E.Mahmudov istədiyini edə bildi. Sanki “Qara kəmər” onun qarantiyasına çevrilmişdi. Bu əməliyyat həm də Eldar Mahmudovun ailəsi üçün də “düşərli” olmuşdu. Sabiq nazirin birinci həyat yoldaşından olan oğlu ilə Zamirə Hacıyevanın ilk evliliyindən olan qızı ailə həyatı qurmuşdular. “Qara kəmər”dən sonra Z.Hacıyeva da, onu oğurlayan bandanın başçısı Hacı Məmmədov da Eldar Mahmudovun əhatəsindən kənarda qalmadılar. Hacı Məmmədov Eldar Mahmudov nazir olduğu illər ərzində cəzaçəkmə müəssisəsinə köçürülmədi, 10 il MTN təcridxanasında saxlanıldı. Mahmudov işdən, bunun ardınca H.Məmmədov MTN-in təcridxanasından çıxandan sonra intihar etdi...

İndi Zamirə Hacıyeva da xoş günlərini yaşamır. 

Zamirə hacıyeva hacı məmmədov ile ilgili görsel sonucu

Zamirə Hacıyevanın oğurlanması epizodu ittiham aktına görə belə olmuşdu. C.Hacıyevin həyat yoldaşı Bakıda bahalı salonlardan birinə gedib, oradan çıxanda Hacı Məmmədovun dəstə üzvləri onu oğurlayıblar və maşının yük yerində H.Məmmədovun ikinci xanımı Nailə Quliyevanın Keşlədə yerləşən mənzilinə gətiriblər. Hacı Məmmədov Zamirə Hacıyevanın oğurlanması haqda demişdi: “Bu, hansısa böyük qüvvənin sifarişi olub. Bu sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi”.

2006-cı il avqustun 29-da məhkəmə prosesi zamanı Hacı Məmmədov adam oğurluğu və qətllərlə bağlı sifarişlərin “qəfil və əvvəlcədən bilinən sifarişlər” olduğunu, Zamirə Hacıyevanın oğurlanmasının isə birinciyə aid olduğunu söyləmişdi. Hacı Məmmədov məhkəməsində Z.Hacıyevanın oğurlanması epizodu üzrə verdiyi ifadələrdə olduqca ilginc 2 məqama toxunmuşdu. Demişdi ki, Z.Hacıyevanı uzun müddət saxlamaq fikrində olmayıblar. Amma özlərindən asılı olmayan səbəblərdən qadını 1 ay həbsdə saxlayıblar. Z.Hacıyeva 2005-ci ilin qadınlar bayramını - martın 8-ni H.Məmmədovun Keşlə qəsəbəsindəki evindəki xüsusi saxlanc yerində girovluqda qarşılayıb. Həmin gün Hacı Məmmədov ona 1 vəzifəli şəxsin adından gül bağışlayıb...