Üç gün sonra İstanbulu partladacaqdılar ... – Dəhşətli hücumun detalları

24/11/2018 - 22:07 2 329 0   0  

Üç gün sonra İstanbulu partladacaqdılar ... PKK terrorçuları terror təşkilatının yaranması ildönümü olan 27 noyabrda İstanbulda dəhşətli partlayışlar törətməyə hazırlanıb.

Türkiyə hüquq-mühafizə orqanları 3 gün sonra terror aktları törətməyə hazırlanan 12 terrorçunu ələ keçirib.

PKK-nın “İnqilabçı Gənclik Hərəkatı” adlı “gənclər qolu”nun üzvləri kustar üsulla düzəldilmiş bombalar və “molotov kokteyl”ləri ilə hücumlar keçirəcəklərmiş. Əməliyyat nəticəsində terrorçuların hazırlıq planı və terror aktında istifadə ediləcək bombalar ələ keçirilib. (publika)