Fazil Məmmədovun keçmiş federasiyasını məhkəməyə verdilər - Maaş verilmir

24/11/2018 - 13:01 2 290 0   0  

İşçilər federasiyaya qarşı məhkəmə iddiası qaldırıblar. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Zamanov Balağa, Xaliqov Mikayıl, Hacıyev Nizami, İmaməliyev Orxan iddia ərizəsində Azərbaycan Güləş Federasiyasından 4 aylıq maaşlarını və məzuniyyət pullarının ödənilməsini tələb ediblər.

Məhkəmə iddianı qismən təmin edib. Qərar belə olub ki, federasiya maaşları ödəsin, məzuniyyət pulları isə ödənilməsin. AGF bu qərarla razılaşmayıb və apellasiya şikayəti verərək maaşları ödəmək istəmədiklərini bildirib və belə qərar çıxarılmasını istəyib. Hazırda proses davam edir.
Azərbaycan Güləş Federasiyasının prezidenti keçmiş vergilər naziri Fazil Məmmədov olub. O, bir müddət əvvəl bu vəzifəsindən istefa verib.