Xəzər dənizində qayıqda köməksiz vəziyyətdə qalmış şəxslər xilas edildi

23/11/2018 - 22:35 1 975 0   0  

Suveren.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhəri, Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən, 20 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 2 nəfər Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunub.

Xilas olunan şəxslər gəmi ilə sahilə gətiriliblər.