Bakının mərkəzində NƏHƏNG PARK SALINIR - FOTOLAR

20/11/2018 - 23:43 12 490 0   0  

Bakı şəhərinin Yasamal rayonu ərazisində - “Sovetski” kimi tanınan yaşayış massivinin sökülmüş hissəsində yenidənqurma işləri sürətlə davam etdirilir.

Füzuli küçəsi, həm də Nərimanov prospekti istiqamətində sökülmüş ərazidə nəhəng park kompleksi salınır. Yeni istirahət zonası Qış parkının davamı olaraq Bakı sakinlərinin istifadəsində olacaq.

Artıq bir neçə hektarlıq ərazidə çoxillik ağaclar əkilib, böyük bir hissədə landşaft işləri görülüb. Həmçinin parkın Füzuli küçəsinin üzərindən keçən hissəsindən insanların rahat hərəkətini təmin etmək üçün ikinci mərtəbə - körpü tikilib. Bu körpü vasitəsi ilə insanlar park ərazisini tərk etmədən, istirahət mühitində yolun əks tərəfindəki hissəyə rahat keçə biləcəklər.