Gəncədə yaşayış binasında DƏHŞƏTLİ PARTLAYIŞ: xüsusi təlim görmüş itlər axtarışa cəlb edildi - VİDEO (YENİLƏNİR)

20/11/2018 - 10:25 2 095 0   0  

Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından bir nəfər sağ çıxarılıb.

Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

Onun sözlərinə görə, dağıntılar altından çıxarılan şəxs hərbi qulluqçu olduğu üçün hazırda hərbi hospitala yerləşdirilib.

P.Əbubəkirov əlavə edib ki, hadisə nəticəsində dünyasını dəyişən şəxs də hərbçi olub.

Nazirlik sözçüsü bildirib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.

(trend)

***

FHN Gəncədəki partlayışla bağlı növbəti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun cəsədi tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər.

Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib. Əlavə məlumat veriləcək.

***

 

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölən və yaralanan şəxsin adı məlum olub olub.

Dağıntılar altından hələlik bir nəfərin meyiti çıxarılıb. Bu, 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasdına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

***

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.

Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb.

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. (report)

***

Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

"Report" məlumatına görə, hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.

Faktla bağlı araşdırma aparılır.