“Erməniləri yoxsul, pis və ələbaxan kimi tanıyırlar” – Paşinyandan şok sözlər

19/11/2018 - 21:35 13 327 0   0  

Erməniləri həmişə kiçik xalq, yoxsul, pis, ələbaxan, kasıb olduqlarına inandırmağa çalışırlar. Bizə deyirlər ki, bir yol tapıb yaşayın, bu bölgənizdəki bu hissəni kiməsə verin”.

Suveren.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.

Paşinyan çıxışının davamında bildirib:

“Amma kimsəyə bizə bədbəxt, kasıb və çarəsiz xalq deməyə icazə verməyəcəyik. Heç kəs bizə mərhəmət və təhdidlə yanaşmağa cəsarət etməməlidir”.