FHN liftdə qalmış iki nəfəri xilas edib

26/11/2018 - 23:20 2 074 0   0  

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

FHN-dən verilən məlumata görə, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.