Fəhlə hündürlükdən yıxıldı - Bakıda BƏDBƏXT HADİSƏ

23/11/2018 - 22:20 706 0   0  

Axşam saatlarında Bakının Nizami küçəsində bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, Nizami küçəsində yerləşən binanın fasadında təmir zamanı fəhlələrdən biri ehtiyatsızlıqdan hündürlükdən yıxılıb. Fəhlə xoşbəxtlikdən binanın ətrafında quraşdırılmış təhlükəsizlik çadrlarının üstünə düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.