Federal Büro FETÖ-çülərin həbsinə başladı

17/12/2018 - 21:12 559 0   0  

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Fətullah Gülənin rəhbəri olduğu təşkilatın (FETÖ) üzvlərinin həbslərinə başlayıb.

Suveren.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Onun sözlərinə görə, FETÖ-ya qarşı 15 ştatda iş aparılır.

“Nyu-Cersi ştatında artıq həbslərə başlanılıb”, - deyə Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, Ankara Güləni və onunla əlaqəli olan FETÖ təşkilatını 2016-ci il dövlət çevrilişinə cəhddə ittiham edir.