Fazil Məmmədov ağır əməliyyat keçirdi - Ölümdən döndü

10/12/2018 - 15:22 949 0   0  

Sabiq vergilər naziri Fazil Məmmədov yenidən əməliyyat olunub.

BakuPost-un əldə etdiyi məlumata görə, əməliyyat Gəncə Beynəlxalq Xəstəxanasında baş tutub. Nazirin pankreatitdən əziyyət çəkdiyi, bu səbəbdən də əməliyyat keçirdiyi bildirilir. Məlumata görə, eks-nazirin ağır xəstəliklər keçirməsinə, bundan əvvəlki əməliyyatına və bədənin ümumi zəifliyinə görə budəfəki cərrahi müdaxilə riskli olub. Həkimlər onun əməliyyat vaxtı həyatını itirə biləcəyini deyiblər. Amma əməliyyat uğurlu olub. Hazırda onun vəziyyətinin stabil olduğu deyilir.
Pankreatit mədəaltı vəzinin iltihabi xəstəliyidir.
Xatırladaq ki, keçmiş nazir may ayında sözügedən xəstəxanada açıq ürək əməliyyatı keçirmişdi. 
F. Məmmədov 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Naziri təyin edilib. 5 dekabr 2017-ci ildə həmin vəzifədən vəzifəsindən azad edilib.