FARSLAR, RUSLAR, KÜRDLƏR VƏ ERMƏNİLƏR... - Hər cür zülmə, təhqirə, saymazlığa dözməkdə bizim hər birimiz Ginnesin rekorlar kitabına düşə bilərik

03/10/2019 - 12:30 422 0   0  

Hansı xalq imkan verər ki, düşmənlə müharibə aparmalı olan ordusuna onun dilini bilməyən, düşmən dilində danışan bir general rəhbərlik etsin?...

Dünyanın işinə bax ki, dörd rəzil millət var, dördü də bizimlə təmasda, həm içimizdə həm də ətrafımızdadırlar. Bizi həm içimizdən məhv edirlər, həm də kənardan. Axı niyə belə dəhşətli bədbəxtliyə tuş gəlmişik? Bəxtimizmi gətirməyib? Allahınmı qəzəbinə gəlmişik? Yoxsa təsadüfdürmü bu situasiyanı, bu vəziyyəti təşkil edən?

Atalar deyib ki, qonşun pisdir, köç qurtar. Bu müdrik sözlər bir ailə üçün doğrudan da ağıllı və sərfəli çıxış yoludur. Lakin bütöv bir xalq üçün yaramır. Doğrudur, assuriyalılar, yəhudilər, ermənilər vaxtilə belə birt zərurət qarşısında qalıblar. Onların ikisi – ermənilər və yəhudilər son nəticədə XIX-XX əsrlərdə vəziyyətdən çıxıb, vətən əldə edə biliblər. Ermənilər Azərbaycan türklərinin maymaqlığı və kütbeyinliyi sayəsində, yəhudilər isə öz inadlı və çoxsaylı qurbanları hesabına buna nail oldular.

Yalnız assuriyalılar hələ də orda-burda didərgin yaşayıb son əsrlərini başa vurmaqdadırlar. Ayrı-ayrı icmalar şəklində İranda, Rusiyada, Türkiyədə kəndlər və məhəllələrdə mövcuddurlar. Halbuki əgər vaxtilə bu xalq – yəni eradan əvvəl X-V yüzilliklərdə Yaxın Şərqdə öz amansız qılıncları və hücumları ilə bütün ətraf xalqları lərzəyə gətirdikləri zaman vətənlərində möhkəmlənmək əvəzinə, “nənəm mənə kor dedi, hər yetənə vur dedi” devizi ilə bütün qonşularda nifrət qazandılar. Nəticədə midiyalılarla babillilər birləşib, miladdan əvvəl 605-ci ildə  paytaxtları Neynəvanı viran qoymaqla qüdrətli Assuriya dövlətinin varlığına son qoydular. O vaxtdan bu qəhrəman və bədbəxt millət parça-parça olub, orda-burda baş girləməyə başladılar. Lakin bu gün nə gündədirlər. Nə xalq var, nə millət var, nə də dövlət.

Qayıdaq özümüzə. Bizim taleyimiz necə olub? Əlbəttə, 2500 il ərzində xalqımızın yetişdirdiyi ayrı-ayrı dahi sərkərdələr və siyasətçilərin mübarizəsi və başçılığı sayəsində xalqımız həm öz varlığını, həm də dövlətini qorumuş olub. Lakin əksər şahlarımızın və siyasi rəhbərlərimizin milli düşüncədən və milli siyasətdən məhrum olması nəticəsində XIX və XX əsrlərdə çox böyük itkilərə məruz qalmışıq. Güneydə dövlətimiz məhv olub, quzeydə isə ərazilərimiz əldən gedib. Belə ki, güneydə heç bir xalqa, heç bir xalqın tarixində baş verməyən bir hal əmələ gəlib. 30-40 milyonluq xalq nəinki öz dövlətindən, nəinki öz taleyini özü həll etməkdən, nəinki ərazisinə və sərvətlərinə sahib olmaqdan, hətta öz dilində oxumaqdan, təhsil almaqdan, televiziya kanalları açmaq hüququndan məhrum edilib və xalq da buna dözür. Doğrudur, ayrı-ayrı vaxtlarda qəfildən coşub küçələrə axışaraq çox miskin və kəsərsiz şüarlar söyləməklə təsəlli tapıb vəzifəsini bitmiş hesab edir. Şovinist, rəzil, qəddar, qorxaq fars hegemonları da kənardan bu dişsiz və məzlum mitinqlərə baxıb ürəyində gülür: “Hə, nə qədər istəyirsən qışqır, bağır!”

Xalq millət olanda qonşularla təmasda daim kimliyini, təmasda olduğu millətdən fərqli, ona yad olduğunu heç zaman unutmur. İngilis fransızla, fransız almanla, alman italyanla, italyan, ispanla daim müharibələrdə olmuş, gah qalib gəlmiş, gah məğlub olsalar da həmişə yaxşı münasibətlərdə olub dövlətlər arasında sıx siyasi və iqtisadi əlaqələr heç vaxt kəsilməmişdir. Amma eyni zamanda heç vaxt özlərinin də kim olduqlarını unutmamış və ümummilli münasibətlərdə öz mənafelərini və ərazilərini qorumuş, özlərinə məxsus etmişdir. Ümumiyyətlə, bütün Avropa xalqları öz təbiətləri etibarilə vətənpərvər və milli xüsusiyyətlərini heç zaman itirməmişlər.

Bəs biz? Bizim bütün dövrlərdə heç birimizin vecinə olmayıb ki, o kimdir. Əksinə, bir balaca kimliyi, əsli ona sərf etmirsə və ya qazancına bir balaca uyğun gəlmir, mane olursa və cüzi də olsa ona zərər vura bilərsə, dərhal kim olduqlarını elə unudurlar ki, adam mat qalır. Bir qəribə gülməli misal:

Bir ermənistanlı qaçqın kişi nəql edir ki, o vaxt Ermənistanda kəndlərində kolxoz sədrinin müavini imiş. Və sədr də təbii ki,  erməni olub. Kişi nəql edir ki, mənim erməni sədrim ha əlləşirdi ki, mənim erməni yox, bir başqa – yəni azərbaycan türkü olub-olmadığımı öyrənsin. Amma bir yerdə işlədiyimiz 25 il ərzində bu erməni sədr – bu Ayrapet nə qədər əlləşdisə mənim erməni və ya türk olduğumu müəyyən edə bilmədi. Yəni mənim erməni olmadığımı bilə bilmədi.

Mən o vaxt bu söhbəti edən adama baxıb düşünürdüm: Pah atonnan,  nə qədər şərəfsiz, nə qədər milli mənliksiz, nə qədər mənfi mənada mahir və məharətli olasan ki, türk ola-ola erməni bunu heç vəchlə müəyyən edə bilməsin və heç vəchlə də “mənim erməni olmadığımı müəyyən edə bilməsin”. Bəli, belə qorxunc tiplər ancaq bizim içimizdən çıxa bilər. Əgər nəinki almana, fransıza, ingilisə nə qədər pul versən belə, özünün alman, fransız, ingilis olduğundan imtina edə bilər, hətta gürcü və erməni də buna heç cür gedə bilməz. Bizimkilərə isə kimə bir az pul verib desən ki, əslin kimdir, o dəqiqə cavab verər ki, kim istəyirsən, o olum.

Hər cür zülmə, təhqirə, saymazlığa dözməkdə bizim hər birimiz Ginnesin rekorlar kitabına düşə bilərik. Hansı xalq müharibə apardığı, 20 faiz  ərazilərini işğal etdiyi düşmən nümayəndələrinin onun başında turp əkməsinə imkan verər? Hansı xalq imkan verər ki, düşmənlə müharibə aparmalı olan ordusuna onun dilini bilməyən, düşmən dilində danışan bir general rəhbərlik etsin? Nəinki bilməyə və danışmaya, hətta komandanlıq etdiyi ordu nümayəndələrinin dilinə nifrət edə, belə şey dünyada görünübmü?  Hələ orasını demirik ki, həmin bu generalın qardaşı harda generallıq edə, harda? Həmin generalın vuruşmalı olduğu ölkənin ordusunda general ola. Bu qədər dəhşətli və gülməli bir fakt, bir hadisə bizdən başqa hansı dövlətdəsə mövcud ola bilərmi?

(Ardı var) 

Əlisa  NİCAT